Buffon, "azərbaycanlı" və azərbaycanlı

Buffon, "azərbaycanlı" və azərbaycanlı
12:17 3 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" klubunun futbolçusu Canluici Buffon Çempionlar Liqasında 100-cü oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ev oyununda Fransa "Lion"u ilə 1:1 hesablı heç-heçə edən Turin təmsilçisinin 38 yaşlı qolkiperi yarışın tarixində 100-ü arxada qoyan 5-ci qapıçı olub.

Nəinki qapıçı, ümumiyyətlə bütün oyunçular arasında mütləq rekord ispaniyalı İker Kasilyasa məxsusdur - 159. Qolkiperlər arasında 2-ci pillədə çexiyalı Petr Çex qərarlaşıb. Onun hesabında 111 oyun var. İspaniyalı Viktor Valdes 106, almaniyalı Oliver Kan 103 matça çıxmaqla siyahıda yer alıblar.
 
Azərbaycan klublarının heyətində Çempionlar Liqasında ən çox oyun keçirən qapıçıların "beşliy"i də maraq doğurur.
 
Təbii ki, Buffonla müqayisə gülüncdür. Çünki bütün klublarımız birlikdə cəmi 54 oyun keçiribsə, qapıçının 100-dən dəm vurmasının heç yeri yoxdur. Qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən qolkiperimizə gəlincə, bu, "Qarabağ"da 12 oyuna çıxan bosniya və herseqovinalı İbrahim Şehiçdir. Lakin həm o, həm də klublarımızda çıxış etmiş digər legionerlər Azərbaycana gələnədək də Çempionlar Liqası həyəcanı yaşayıblar. Lakin onların göstəricilərinin cəmi də o qədər yüksək deyil.
 
Azərbaycanlı qapıçılar arasında rekordun sahibi isə Hüseyn Məhəmmədovdur. O, Çempionlar Liqasında 10 matça çıxıb. Buffondan 10 dəfə geri qalan Məhəmmədovu Rauf Mehdiyev (7 oyun), Saşa Stamenkoviç (5 oyun) və Svilen Semyonov (4 oyun) izləyirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR