Rayonların gəlirləri və adambaşına düşən pay – TƏHLİL

Rayonların gəlirləri və adambaşına düşən pay – TƏHLİL
12:23 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

2017-ci ilin büdcə layihəsinin müzakirələrinə az müddət qalıb. Büdcədə diqqəti çəkən rayon və şəhərlərə ayrılan xərclərin, əksəriyyətinin dotasiyadan azaldılmasıdır. Halbuki hər il mərkəzi büdcədən şəhər və rayonların yerli xərclərini qarşılamaq üçün böyük məbləğdə vəsait ödənilirdi.

Publika.az xəbər verir ki, 2017-ci ilin büdcə xərclərində dövlət büdcəsinin yerli xərcləri 718, 3 milyon manat nəzərdə tutulub. Bu da 2016-cı illə müqayisədə 820 milyon manat və ya 53,3 faiz azdır. Xərclərin azalmasının əsas səbəbi kimi təhsil (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri istisna olmaqla), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin xərclərinin yerli xərclərdən çıxarılaraq, mərkəzləşdirilmiş xərclərə aid edilməsi göstərilir.

Onu da bildirək ki, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırılıb. İndiyədək Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları büdcədən dotasiya almırdılarsa, gələn il onlara Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da qoşulacaq. Digərlərinə isə xərclərinin ən yaxşı halda 10-15 faizinin mərkəzi büdcədən verilməsi nəzərdə tutulub.

Hansı rayona nə qədər gəlir, yerli xərc nəzərdə tutulub?

2017-ci ilin büdcəsində şəhər və rayonlar üzrə gəlirlər 7.210.000.000,0 manat hesablanıb.

Büdcədən Gəncə üzrə gəlirlər 43757000, yerli xərclər 33 039 000, Lənkəran üzrə gəlirlər 16 880 000, yerli xərclər 13 864 000, Mingəçevir 20 470 000, yerli xərclər 19 294 000, Naftalan 3 789 000, yerli xərclər 2 496 000, Şəki üzrə gəlirlər 18 983000, yerli xərclər 14 821 000, Şirvan üzrə gəlirlər 16 250 000, yerli xərclər 7 789 000, Yevlax üzrə gəlirlər 14 022 000, yerli xərclər 9 372 000 manat təsdiqlənib.

Qeyd etdiyimiz kimi bu şəhərlərin heç birinə büdcədən dotasiya ayrılmayıb.

Naxçıvana ayrılan dotasiya

Bildirək ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasına (MR) gəlir və xərcləri bərabər olaraq 359,5 milyon manat proqnozlaşdırılır. Bu, 2016-cı illə müqayisədə 8,1 milyon manat və ya 2.3 faiz çoxdur.

Bunun 69 mln. manatı daxili potensial hesabına, 290,0 mln. manatı isə dotasiyalar hesabına formalaşacaq. Yəni bu il Naxçıvanın büdcəsində dotasiyanın həcmi 80,4 faiz idisə, gələn il 80,3 faiz olacaq.

Əvvəlki illə müqayisədə Naxçıvan MR-ə dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 15,2 mln. manat azalsa da, faiz nisbətində dotasiyanın həcmi dəyişməyib.

Rayonların büdcəsində adambaşına düşən pay

O ki qaldı rayonların büdcəsindən adambaşına düşən paya, Bu rəqəm Yevlaxda 111,5 manat (14 milyon manat, əhalisi 125,7 min nəfər), Şirvanda 193 manat (16 milyon manat, əhalisi 84 min nəfər) Sumqayıtda 250 manat (büdcəsi 84, 1 milyon, əhalisi 336 min 200 nəfər), Mingəçevirdə 200 manat (büdcəsi 20, 47 milyon, əhalisi 102 min 400 nəfər), Gəncədə 132 manat (büdcəsi 43, 75 milyon, əhalisi 330 min 100 nəfər ), Qəbələdə 129 (büdcəsi 13, 31 milyon, əhalisi 103 min nəfər), Şəkidə 103 manat (büdcəsi 18, 98 milyon, əhalisi 182 min 700 nəfər), Lənkəranda 73 manat (büdcəsi 16, 88 milyon, əhalisi 231 min 100 nəfər), Bakıda 2971 manat (büdcəsi 6 612 967 000 manat, 2225,8 min nəfər), Naftalanda 382 manat (büdcəsi 3 789 000 manat, əhalisi 9,9 min nəfər təşkil edir.

Muxtar Respublika üzrə bu rəqəmə gəlincə əhalisinin sayı 444 min nəfər təşkil edir. Gələn il üçün MR-in büdcəsini əhalinin sayına böldükdə, adambaşına, təxminən 791 manat düşür. Bu da onu göstərir ki, MR-nın gəlirlərinin adambaşına düşən payına görə yalnız paytaxtdan geri qalır.

Leyla


Xəbərin orijinal ünvanı: http://publika.az/news/tehlil/174583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR