Trampın arvadı jurnalisti məhkəməyə verdi

Trampın arvadı jurnalisti məhkəməyə verdi
12:32 3 Noyabr 2016
178 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın həyat yoldaşı Melani Tramp sloveniyalı jurnalisti məhkəməyə verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Tramp jurnalist Tomaş Mixeliçi böhtan xarakterli yazılar dərc etməkdə ittiham edib.
 
Lyublyana məhkəməsində qaldırılan iddiada qeyd olunub ki, jurnalist "Suzi" (Suzy) jurnalında Melaninin 90-cı illərdə fahişəlik sektorunda çalışması ilə bağlı qeyri-dəqiq məlumatlar dərc edib.
 
Jurnalın rəhbərliyi isə ittihamları rədd edib. Bildirilib ki, dərc olunan materialda Melani Trampın fahişə xidməti göstərməsi ilə bağlı məlumat yer almayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR