UEFA “Qarabağ”la “Qəbələ”nin büdcəsini zənginləşdirdi

UEFA “Qarabağ”la “Qəbələ”nin büdcəsini zənginləşdirdi
12:38 3 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının 2015/16 mövsümündə qrup mərhələsində çıxış etmiş “Qarabağ” və “Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb.

Publika.az xəbər verir ki, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdur. Məlumatı AFFA yayıb.

Avropa futbol qurumu tərəfindən verilən vəsait - müvafiq olaraq, “Qarabağ”a 376.952.00 avro, “Qəbələ”yə isə 376.814.00 avro - AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR