Azərbacan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayır

Azərbacan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayır
12:47 3 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR