Metronun iş vaxtı uzadıldı

Metronun iş vaxtı uzadıldı
12:48 3 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıdakı 8-ci km stadionunda Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək.

Publika.az xəbər verir ki, "Qəbələ" klubu qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:00-dək uzadılması xahişiylə müraciət edib. Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edib. Bu məlumatı “Qəbələ”nin rəsmi “facebook” səhifəsi yayıb.

“Qəbələ” - “Sent-Etyen” matçı saat 22:00-da start götürəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR