Biznesmənlərin həbsi qadağan edilə bilər

Biznesmənlərin həbsi qadağan edilə bilər
13:12 3 Noyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Ali Məhkəməsi biznesmənlərin həbsinin qadağan edilməsini təklif edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təklifdə qeyd edilir ki, Cinayət Məcəlləsinin bir sıra iqtisadi maddələri ilə ittiham olunanlar - sahibkarlıq fəaliyyətində maxinasiyalara yol verənlər və çirkli pulları yumaqla məşğul olanlar həbs edilməsinlər.

Məhkəmə hesab edir ki, əgər ittiham olunan şəxsin Rusiyada daimi qeydiyyatı varsa, onun kimliyi təsdiqlənibsə, daha əvvəl seçilmiş qəti imkan tədbirini pozmayıbsa və istintaq, məhkəmə orqanlarından gizlənmirsə, o zaman həbs olunması üçün səbəb yoxdur.

Ali Məhkəmə hələ ki, plenumun layihəsini qəbul etməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR