60 yaşlı AzTV

60 yaşlı AzTV
13:13 3 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycan Televiziyasının (AzTV) 60 yaşı tamam olur. Bununla əlaqədar Heydər Əliyev Sarayında tədbir keçiriləcək.

AzTV-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbir bu axşam saat 19-da baş tutacaq.

Qeyd edək ki, ölkənin efir məkanında parlayan ilk ulduz kimi yaddaşlara yazılan milli televiziyamız Azərbaycan Radiosundan 30 il sonra - 1956-cı ildə fəaliyyətə başlayıb. Azərbaycan Televiziyasının ilk efir gününü xatırlayanlar o həyəcanı yenidən yaşayırlar. Lakin kadrarxası proseslərdən yəqin ki, çoxlarının xəbəri olmayıb. Televiziyamızın tarixçəsi də onun özü qədər əhəmiyyətli, diqqəti çəkəndir. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Bina üçün şəhərin ən hündür məkanlarından birində yer seçilib. Sonradan bu ünvan Mehdi Hüseyn 1 adlanıb. İnşaatçı və mütəxəssislərimizin rusiyalı həmkarları ilə birgə ərsəyə gətirdikləri telemərkəz 1955-ci ilin sonunda təhvil verilib.

1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib və həmin ilin martından fəaliyyətini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi davam etdirir.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR