Vernidub Qriqorçukun vədi barədə: "Mən indi o yaşda deyiləm"

Vernidub Qriqorçukun vədi barədə: "Mən indi o yaşda deyiləm"
13:22 3 Noyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsində yada salınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, Avropa Liqasının qrup mərhələsinin "Zarya" - "Feyenord" matçından öncə baş verib.

Belə ki, görüşdən əvvəl keçirilən mətbuat konfransında "Zarya"nın çalışdırıcısı Yuri Verniduba maraqlı sual verilib. Ukraynalı həmkarlarımızdan biri Qriqorçukun hərəkətini xatırladaraq, Vernidubdan soruşub: "Çernomorets"in sabiq məşqçisi Qriqorçuk bir dəfə söz vermişdi ki, qələbə qazanacaqları halda, mətbuat konfransına xoşlamadığı tərzdə - cins şalvar və kepkada gələcək.  Həmin vaxt "Çernomorets" qalib gəlmişdi və Qriqorçuk sözünü tutmuşdu. Siz hansı qeyri-adi hərəkətə hazırsız?"
 
Yuri Vernidub isə suala bu cür cavab verib: "Nə münasibdirsə, etmək olar. Amma mən indi o yaşda deyiləm ki, nəsə söz verim və yerinə yetirim. Müsbət nəticə qeydə alınsa, mətbuat konfransına gülərək, yaxşı əhval-ruhiyyədə gələcəm. İstəyəcəyiniz ağlabatan hər şeyi etməyə çalışaram".
 
Qeyd edək ki, Yuri Vernidub "Qəbələ"nin futbolçusu, Roman Qriqorçukun baş məşqçi postuna keçməsindən sonra "qırmızı-qaralar"a gətirilən Vitali Vernidubun atasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR