Bu stadion dünya çempionatı üçün yararsız sayıldı

Bu stadion dünya çempionatı üçün yararsız sayıldı
13:43 3 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Zenit-Arena" stadionunun yığılıb-açılan meydançası futbol oyunları üçün uyğun deyil.

Publika.az xəbər verir ki, bu barədə "Sport-Express" nəşri məlumat yayıb.

FİFA Təftiş Komissiyası və DÇ-2018-in Təşkilat Komitəsinin nümayəndələri oktyabrın 31-də stadionda olublar. Yerindəcə aparılan təftişdən sonra Komissiya meydançanın normativlərə uyğun gəlmədiyini açıqlayıb. Belə ki, meydança stadionun daxilində olan zaman o, açılıb-yığılma mexanizminin üzərində olur və bu da vibrasiyanın yaranmasına gətirib çıxarır.

Yaxın zamanda stadion rəhbərliyi problemi necə həll etməklə bağlı qərar qəbul etməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR