“Vampir” qız ögey atasını öldürdü, anasını... – ŞOK

“Vampir” qız ögey atasını öldürdü, anasını... – ŞOK
14:08 3 Noyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Viskonsin əyalətində dəhşətli cinayət hadisəsi baş verib.

Publika.az
xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı Aşle Martinson ögey atasını öldürüb, anasına isə 30 bıçaq zərbəsi vuraraq yaralayıb.

Məlumatlara görə, Aşlenin psixoloji problemləri olub. İnternetdə “Vampchick” adı ilə qeydiyyatdan keçən qız adətən qorxulu yazılar paylaşırmış. Polisə ifadə verən Aşle “insanlar məni canavar kimi qəbul etməməlidir” deyə bildirib.

İstintaq araşdırmaları zamanı məlum olub ki, Aşlenin ögey atası Tomas Ayers onu hələ 9 yaşında olarkən zorlayıb və illərlə ona psixoloji təzyiqlər edib. Qızın özünü “vampir” kimi aparmasının səbəbi də məhz təzyiq nəticəsində pozulan psixologiyasıdır.

Məhkəmənin qərarı ilə Aşle 23 il həbs cəzasına məhkum edilib. Lakin qız həbs olunduğu üçün özünü çox xoşbəxt hesab etdiyini bildirib.

Asif

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR