İlin ən yaxşısı kim olacaq? - 10 NAMİZƏD

İlin ən yaxşısı kim olacaq? - 10 NAMİZƏD
14:23 3 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

2016-cı ilin ən yaxşı məşqçisi adına namizədlər bəlli olub.

Publika.az xəbər verir ki, bu ildən “France Football” nəşri ilə əməkdaşlığa son verən FİFA yekun “onluğ”u açıqlayıb. Kişi məşqçilər arasında ən yaxşı adına namizədlərin “onluğ”unda 3 yığma, 7 klub çalışdırıcısı var:

Kris Koulmen (Uels yığması), Didye Deşam (Fransa yığması), Fernando Santuş (Portuqaliya yığması), Xosep Qvardiola (“Bavariya”/“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Luis Enrike (“Barselona”), Maurisio Poçettino (“Tottenhem”), Klaudio Ranyeri (“Lester”), Dieqo Simeone (“Atletiko”) və Zinəddin Zidan (“Real”).

İlin ən yaxşı məşqçisinin adı səsvermə nəticəsində bəlli olacaq. Səslərin 50 faizi milli komandaların kapitanları və çalışdırıcılarının seçiminə əsasən müəyyənləşəcək. Qalan 50 faiz səslər isə azarkeşlər arasında onlayn keçirilən seçim prosesindən toplanılacaq.

Qeyd edək ki, ilin ən yaxşı məşqçisi seçiləcək şəxsə mükafat yanvarın 9-da təqdim ediləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR