Bakıda “Bayraq yürüşü” keçiriləcək

Bakıda “Bayraq yürüşü” keçiriləcək
14:24 3 Noyabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

 

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR