Zaurdan Səidəyə: "Səni canlı yayıma buraxmaq olmaz"

Zaurdan Səidəyə: "Səni canlı yayıma buraxmaq olmaz"
14:27 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Sultan "5/5" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  ifaçı aparıcı Zaur Kamalın "Evdə qalmısan, alan yoxdur. Efir güzgüdür, baxıb tamaşa edib, ona görə almırlar" sözlərinə belə cavab verib:  

"Zaur, ifritəsən. Sakit oğlandan mənim ürəyim sıxılar. Ehtiyacım yoxdur, məni kimsə efirdən bəyənib alsın. Məni alan özümü bəyənsin. Vacib deyil, efirdə başqa cür olum ki, "ay, birdən heç kəs bəyənməz". Nəyəm - oyam. Alan belə alsın".

Z.Kamal: "Azərbaycanda 3 müğənni var ki, onları canlı yayıma çağırmaq olmaz. Biri də sənsən. Sənə görə verilişi efirə 1 dəqiqə gec veririk", - deyə əlavə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR