Deputatdan TƏKLİF: "Siqaret çəkən tələbələr cərimələnsinlər"

Deputatdan TƏKLİF: "Siqaret çəkən tələbələr cərimələnsinlər"
14:27 3 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəzi tələbələr dövlət və özəl ali məktəblərdə siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Hüseynbala Mirələmov deyib. 

Deputat bildirib ki, televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır: "Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Bu gün televiziyalarda siqaretin reklamını elə göstərirlər ki, istər-istəməz çəkməyən adamda da siqaretə maraq yaranır. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır". 

Milli Məclisin üzvü universitetlərin daxilində siqaret çəkən tələbələrin cərimələnməsinin vacibliyini vurğulayıb: "Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o, ümumiyyətlə siqareti də tərgidər. Türkiyədə taksidə belə yazılıb ki, "siqaret çəkmək olmaz, əks təqdirdə 60 lirə cərimə olunacaqsan". Onlar buna əməl etməyəni cərimə edirlər. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir. Belə ki, bununla bağlı cərimələr yazılmır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR