Qəlyanların reklamı qadağan olunur

Qəlyanların reklamı qadağan olunur
14:37 3 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında" və "Çayçılıq haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunub. 

Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. 

Belə ki, "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişikliyə əsasən, tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. 

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. 

Qeyd edək ki, hazırda tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər. 

"Çayçılıq haqqında" qanun isə "Reklam haqqında" qanuna uyğunlaşdırılıb. Dəyişikliyə əsasən, Azərbaycan qanunvericiliyi sözü "Reklam haqqında" qanun sözü ilə əvəzlənib. 

Belə ki, yeni redaksiyaya əsasən, çay məhsulllarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı "Reklam haqqında" qanuna uyğun həyata keçirilir. 

Hər iki qanunda dəyişiklik "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsdəi ilə həyata keçirilir.

Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR