Aprel döyüşlərinin şəhidlərinə klip çəkildi - VİDEO - FOTOLENT

Aprel döyüşlərinin şəhidlərinə klip çəkildi - VİDEO - FOTOLENT
14:39 3 Noyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Bəstəkar Sevinc Tofiqqızı yeni lentə aldırdığı “Çağır məni” adlı klipinə və qısametrajlı filminə təqdimat edib. 

Lent.az-ın məlumatına görə, mahnının sözləri Xanım İsmayılqızına, musiqisi S.Tofiqqızına məxsusdur. Mahnını müğənni Aslan Hüseynov səsləndirib. 

Həm filmin, həm də klipin rejissorluğunu Elmar Məmmədov edib, ssenari müəllifi isə Pəyyam Rafiqdir. Hər iki ekran işində S.Tofiqqızı, A.Hüseynov, aktyor Mehman Məmmədov, Mehdi Abdullayev rol alıb. 

Film və klip aprel döyüşlərinə və həmin vaxt həlak olan əsgərlərin xatirəsinə həsr edilib.

Tədbirdə ilk olaraq himnimiz səsləndirilib, 1 dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edilib.Mərasimdə Qarabağ müharibəsinin canlı şahidi olmuş müharibə veteranları və qazilər də iştirak ediblər. 

Əlil Sahibkarlar Təşkilatı Birliyinin sədri Mirzə Məmməd Vəliyevin təşkilatçılığı və aparıcılığı ilə keçirilən mərasimdə hər iki ekran işi nümayiş olunub. 

Yeni işi ilə bağlı xəbər verən S.Tofiqqızı klupun və filmin uğurlu alındığını vurğulayıb:

“Filmdə yalnız musiqi səsləndirlib. Həm film, həm də klipin çəkilişləri N saylı hərbi hissədə aparılıb. Bunun üçün bizə Əlil Sahibkarlar Təşkilatı ictimai birliyinin rəhbəri Mirzə Məmmədvəliyevin təşkilatçılığı ilə şərait yaradan Daxili Qoşunların komandanı Şahin Məmmədova, mətbuat xidmətinə, şəxsi heyətinə yaradıcı komandamız adından təşəkkür bildirirəm”.

Tədbirdə millət vəkili Hadı Rəcəbli, “Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Əskərova, Şuşa rayon icra hakimiyyətinin başçısının müavini, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri Hamid Karadeniz, Namik Ata, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Həsənov Məmmədhəsən, şair  Vaqif Nəcəfzadə və başqaları çıxış edərək, ekran işiylə bağlı fikirlərini bölüşüblər. 

S.Tofiqqızı “Çağır məni”nin yaradıcı heyətini “Əlil Sahibkarlar Təşkilatı" ictimai birliyinin fəxri diplomu ilə təltif edib.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR