Xoşbəxt Yusifzadə adına təqaüd təsis edildi

Xoşbəxt Yusifzadə adına təqaüd təsis edildi
14:47 3 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adına təqaüd təsis edilib.

AMEA-dan Trend-ə verilən məlumata görə, noyabrın 3-də bu təhsil ocağında yeni təsis olunan təqaüdün təqdimetmə mərasimi keçirilib.

Mərasimdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, qazandığı uğurlardan danışıb. O, təsis olunan akademik X.Yusifzadə adına təqaüdün təhsildə yüksək uğurlar qazanmış tələbələrə veriləcəyini diqqətə çatdırıb.

Tədbirdə akademik X.Yusifzadəyə ADNSU-nun fəxri professoru adı verilib.

Sonra təhsildə yüksək nailiyyətlər əldə edən tələbələrə yeni təsis olunan təqaüd təqdim olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR