"Qarabağ" Yunanıstan səfərində - YENİLƏNİR

"Qarabağ" Yunanıstan səfərində -   YENİLƏNİR
14:47 3 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ardınca Avropa Liqasında da IV turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" bu gecə səfərdə meydana çıxacaq.

Azərbaycanın çempionu Yunanıstanda PAOK-un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 00.05-də başlayacaq. Qarşılaşmanı şotland FIFA referisi Con Biton idarə edəcək.

"Qarabağ" 3 oyunda 4 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. İki həftə əvvəl doğma meydanda bu rəqibinə 2:0 hesabı ilə qalib gələrək, qrupdan çıxmaq şanslarını saxlayan ağdamlılar çətin səfərdən də heç olmasa 1 xalla dönərək ümidlərini davam etdirməyi arzulayırlar. “Qarabağ” Yunanıstanda uduzmasa, nəinki 1/16 final üçün nəzəri şanslarını saxlayacaq, hətta əsas hədəf uğrunda inamlı addım da atmış olacaq. 
 
Avropa Liqası
Qrup mərhələsi
IV tur, 3 noyabr
 
J qrupu
00.05 PAOK (Yunanıstan) - Qarabağ (Azərbaycan)
Hakimlər: Con Biton, Duqlas Potter, Alastair Mater, Şon Karr (Şotlandiya).
Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Darko Ceferin (Sloveniya).
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova).
Saloniki. “Tumba” stadionu.

1

Fiorentina

3

2

1

0

8:2

7

2

PAOK

3

1

1

1

2:3

4

3

Qarabağ

3

1

1

1

5:7

4

4.

Slovan

3

0

1

2

4:7

1


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-yunanstan-sfrind-t53870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR