"Qəbələ" ilk xal arzusunda - YENİLƏNİR

"Qəbələ" ilk xal arzusunda -   YENİLƏNİR
14:47 3 Noyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ardınca Avropa Liqasında da IV turun oyunları keçrilir. Fanat.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" bu gün doğma meydanda oynayacaq.

"Qırmızı-qaralar"ın rəqibi Fransanın "Sent-Etyen" klubu olacaq. "Bakcell Arena"da keçriləcək matç saat 20.00-da başlayacaq. Görüşü ispan FIFA referisi Karlos Del Serro Qrande deyib.

"Qəbələ" iki həftə əvvəl "Sent-Etyen"ə səfərdə minimal hesabla yenilib. Təmsilçimiz keçirdiyi hər 3 oyunda uduzub və bu gün ilk xalını qazanmağa çalışacaq. Ardıcıl 4 Avrokubok oyununda uduzan "qırmızı-qaralar" ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq. Əgər ötən mövsümün bürünc mükafatçısı bu gün qalib gəlsə, bu həm də onların Avroliqanın qrup mərhələsində ilk qələbəsi olacaq.
 
Avropa Liqası
Qrup mərhələsi
IV tur, 3 noyabr
 
C qrupu
22.00 Qəbələ (Azərbaycan) - Sent-Etyen (Fransa)
Hakimlər: Karlos Del Serro Qrande, Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez, Abraham Alvarez Kanton (İspaniya).
Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido (İspaniya).
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə).
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan).
Bakı. "Bakcell Arena".

1

Anderlext

3

1

2

0

5:3

5

2

Sent-Etyen

3

1

2

0

3:2

5

3

Maynts

3

1

2

0

5:4

5

4

Qəbələ

3

0

0

3

3:7

0


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-ilk-xal-arzusunda-t53869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR