SOCAR İstiqrazları 1025 dollara yüksəldi

SOCAR İstiqrazları 1025 dollara yüksəldi
15:05 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Fond Birjasında (BFB) nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR İstiqrazlarının alqı-satqısı davam edir. 2 noyabr 2016-cı il tarixində SOCAR İstiqrazlarını əldə etmək istəyənlər üçün satış qiyməti 1017.08 ABŞ dollarından baş tutub. Qeyd etmək lazımdır  ki, bu qiymət istiqrazların nominal dəyəri olan 1000 ABŞ dollarından ▲1.71%  yüksəkdir. Beləliklə, SOCAR İstiqrazları sahibinə ilk 3 ayın sonunda qazandıracağı 12,50 ABŞ dollarının üzərinə çıxaraq, 1017.08 dollardan satılmışdır.

SOCAR İstiqrazlarını bu gün almaq istəyənlər üçün satış qiyməti 1025 ABŞ dolları təşkil etməkdədir.

Aldıqları istiqrazları satmaq istəyənlər isə həmin istiqrazları ən azı 1010 ABŞ dolları qiymətinə marketmeyker "PSG Kapital"a sata bilərlər.

Qeyd edək ki, 18 oktyabr - 2 noyabr  2016 tarixləri aralığında BFB-də SOCAR İstiqrazları üzrə 5 135 775.44 ABŞ dolları məbləğində alış-satış əməliyyatı baş tutub.

Xatırladaq ki,  SOCAR İstiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR