Yeni fransalı həmsədr vəzifəsinin icrasına başladı

Yeni fransalı həmsədr vəzifəsinin icrasına başladı
15:08 3 Noyabr 2016
17 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri Stefan Viskonti artıq vəzifəsinin icrasına başlayıb.

Bu barədə APA-ya Fransa Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yeni həmsədr digər həmkarları ilə birlikdə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 8-9-da Hamburqda keçiriləcək görüşünə qatılacaq.

ATƏT ölkələri xarici işlər nazirləri Şurasının Hamburq toplantısında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri planlaşdırılır. Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi də nəzərdə tuturlar. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili əsas müzakirə mövzusu olacaq.

Xatırladaq ki, yeni həmsədr bu vəzifədə Pyer Andryunu əvəz edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR