Tuxel: "Cəsur futbol göstərdilər"

Tuxel: "Cəsur futbol göstərdilər"
15:22 3 Noyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Borussiya Dortmund" ÇL-in qrup mərhələsinin sonuna 2 tur qalmış 1/8 finala vəsiqəni təmin edib. 4-cü turda "Sporting" üzərində 1:0 hesablı qələbə buna kifayət edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra medianın suallarını cavablandıran Tomas Tuxel Obameyanqı hansı səbəbdən matçın iştirak ərizəsinə daxil etməməsini izah etməkdən boyun qaçırıb.

"Obameyanqsız işimiz çətin oldu, amma başqa yolum yox idi. Qərar dünən səhər verilmişdi. Növbəti oyunda komandaya kömək edəcək. Bu gecə meydanda olmaması "Borussiya"nın daxili işidir, şübhələrə isə cavab vermək fikrində deyiləm. 4 yarımmüdafiəçi ilə oyuna nəzarəti ələ almağa çalışdıq. Ya ideya, ya da onun icrasında problem oldu. "Sportinq" cəsur futbol göstərdi. Müdafiədə səhvlər olsa da, turnirin pley-off mərhələsinə vəsiqə qazandıq. Bundan başqa, ciddi risk etmədən bəzi futbolçulara oynamaq şansı verdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR