Nardaran ziyarətgahının qazı niyə kəsilib? - RƏSMİ CAVAB

Nardaran ziyarətgahının qazı niyə kəsilib? - RƏSMİ CAVAB
15:22 3 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəriqaz" İstehsalat Birliyi Nardaran qəsəbəsində fəaliyyət göstərən "Rəhimə xanım" ziyarətgahına təbii qazın verilişinin dayandırılması barədə məsələyə münasibət bildirib.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev Trend-ə açıqlamasında ziyarətgaha qazın verilməsinin dayandırılması faktını təsdiqləyib:

"Əvvəllər Nardaran qəsəbəsində qaz çəkilişi pərakəndə olanda həmin ziyarətgaha da sakinlər özləri qaz çəkib. Nardaran qəsəbəsinin qazlaşdırılması prosesi yenilənərkən məlum oldu ki, ziyarətgah "Azəriqaz" İstehsalat Birliyinin abonenti deyil. Ona görə də qəsəbənin qazlaşdırılması zamanı həmin obyektə qazın verilişi dayandırılıb. Ziyarətgahın rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən arayış alınaraq "Azəriqaz" a təqdim edilərsə, obyektə abonentlik veriləcək və bina qazla təmin olunacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR