Qızının başını kəsən ata: "Onunçün darıxmışam, ürəyim partlayır" - Cinayətin TƏFƏRRÜATI

Qızının başını kəsən ata: "Onunçün darıxmışam, ürəyim partlayır" - Cinayətin TƏFƏRRÜATI
15:52 3 Noyabr 2016
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Orsk şəhərində birlikdə yaşadığı qadını və 4 yaşlı qızını öldürən Rauf Qardaşovla bağlı yeni məlumatlar açıqlanıb.  

Milli.Az bildirir ki, Yerli Azərbaycan diasporunun sədri Çingiz Bayraməliyev lent.az-ın əməkdaşıyla söhbətində bildirib ki, Qardaşov uzun müddətdir həmin şəhərdə yaşayırmış: "O, tikintiylə məşğul olurdu. İşi də normal idi. Sakit, sözəbaxan bir gənc idi. Yəni onun bu hərəkəti törədəcəyi ağlımıza gəlməzdi".

Diaspora sədrinin dediyinə görə, qətldən bir qədər əvvəl Rauf "Evroset" mağazalar şəbəkəsindən ucuz bir telefon alıb, içib yaşadığı mənzilə gəlib. Və buradaca qətli törədib.
 
Ç.Bayraməliyevin sözlərinə görə, Rauf qətlə yetirilən qadınla 6 il idi, birlikdə yaşayırmış:
"Həmin qadından bir qızı da olmuşdu. O qadının anasına belə, Rauf baxırdı. Kirayə mənzil tutmuşdu, orada yaşayırdı. Ailəsinə korluq vermirdi. Amma bir müddət əvvəl həmin qadına çoxuşaqlı ana kimi dövlət ev verdi. Hər şey də bu evdən sonra başladı. Həmin qadın Raufu evdən qovub, dedi ki, daha onu görmək istəmir, bir yerdə yaşamayacaqlar".
 
Diaspora rəsmisi bildirib ki, Rauf bir qədər əvvəl Azərbaycana gedibmiş. Onlara da deyibmiş ki, bəlkə geri qayıtmadı: "Amma bura gəlməzdən bir-iki gün əvvəl idi. Dağıstandan mənim telefonuma zəng gəldi. Gördüm Raufdu. Mənə dedi ki, miqrasiyada sənədləri ilə bağlı problem var, ona kömək edim. Dedim Rauf, nə tez gəlirsən? Həm də üzü qışa gedir, tikintidə iş yoxdu. Dedi, Çingiz müəllim, qızım üçün darıxmışam, ürəyim partlayır, qala bilmirəm. Nə isə gəldi, mən ona pul da verdim ki, sənədlərini düzəltsin. Amma belə hadisə baş verdi".
 
Diaspora sədri onu da deyib ki, bir qədər əvvəl şəhər polisinə dəvət edilib.
"Elə oradan çıxıram indi. Rəis müaviniylə söhbət etdim, hadisəni pislədiyimizi bildirdim". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/485973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR