Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən sahibkar azadlığa buraxıldı
16:27 3 Noyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuridət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əfəndiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq şərti cəza ilə azadlığa buraxılıb.

Qeyd edək ki, sahibkarlıqla məşğul olan N.Əfəndiyev Qəbələ rayonunda icarəyə əkin sahələri götürüb. Lakin həmin şəxs torpaq sahiblərinə ümumilikdə 20 min manat pul verməkdən boyun qaçırıb. Bundan narazı qalan zərərçəkmişlər polisə müraciət ediblər. Polis əməkdaşları tərəfindən saxlanılan N.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR