Cəbhədə baş verən gərginlik fonunda Dağlıq Qarabağda
müharibə ssenariləri gündəmə gəlir.
Publika.az xəbər verir ki, bu ssenarilər haqda ən çox
erməni politoloqları danışırlar.
Onlar aprel müharibəsində Ermənistanın uğradığı məğlubiyyəti və
yeni təhlükəni xüsusi vurğulayırlar.
Erməni politoloq Levon Şirinyan deyir ki, Rusiya Qarabağ kartını
oynamaqda davam edir: “Moskva Ermənistanın daxilində baş verən
hadisələrdən narahatdır. Çünki baş verənlər Rusiyanın Ermənistanı
tamamilə itirməsi ilə nəticələnə bilər. Ehtimal ki, Kreml yeni
ssenari hazırlayıb və bu ssenaridə Ermənistanda bəzi dəyişikliklər
etməkdir. Qarabağ kartı bu prosesdə mühümdür. Xüsusilə münaqişənin
Rusiya planına uyğun, yəni ərazilərin qaytarılması ilə həlli əsas
götürülür. Bunun reallaşması üçün lazım olsa müharibə də başlaya
bilər”.
Onun sözlərinə görə, Rusiya Azərbaycana heç vaxt dost deyə
səslənməyib.
“Həmişə tərəfdaş olaraq görüb. Əvəzində Ermənistan dost ölkə olub.
Lakin Ermənistan daxilində ruslara qarşı olan hadisələrin baş
verməsi vəziyyəti dəyişir”, - deyə o, qeyd edib.
Rusiyaya qarşı alternativ olaraq Qərbə üz tutmaq təklifləri
səslənsə də, İrəvan rəhbərliyinin buna getməyəcəyi, daha doğrusu
bacarmayacağı da məlumdur. Digər tərəfdən, Qərbin Ermənistana
münasibəti birmənalı deyil.
Misal üçün, “1in.am” saytı yazır ki, Qərb Ermənistana dövlət kimi
baxmır: “Ermənistan Qərb üçün daha çox coğrafi ərazidir. Bu
baxımdan, bizim ölkəmizlə strateji məsələlər haqda müzakirələr
aparılmır. Qərb sadəcə Ermənistanın tamamilə ruslaşdırılmaması üçün
bəzi addımlar atır”.
Erməni analitik İqor Muradyan yenidən Türkiyənin Qarabağ
müharibəsinə müdaxiləsindən danışıb.
Qeyd edək ki, Muradyan dünən qələmə aldığı məqalədə Qarabağda iki
müharibə ssenarisini irəli sürmüşdü. Birincisi, münaqişə
tərəflərinin toqquşması, digəri isə Türkiyənin müdaxiləsi ilə baş
verə biləcək müharibə.
Qarabağda döyüş başlayır - Ermənistanın məhvinin iki SSENARİSİ
Ermənistan politoloqları Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək verməyəcəyini etiraf edirlər.