Dünya çempionatında QAYDALAR DƏYİŞDİ

Dünya çempionatında QAYDALAR DƏYİŞDİ
16:38 3 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

FİFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının reqlamentində bəzi dəyişikliklər edib.

Publika.az xəbər verir ki, bu qaydalardan bəziləri Fransada keçirilən son Avropa çempionatında sınaqdan keçirilmişdi. Amma artıq bu qaydaların dünyanın ən mötəbər futbol turnirində də tətbiqinə qərar verilib.

DÇ-2018-də istifadə olunacaq qaydalar bunlardır:

1) Yeni qaydalara əsasən, seçmə mərhələnin yekununda komandalar eyni xala malik olsa, ilk olaraq top fərqinə baxılır. Top fərqi də eyni olsa, komandaların öz aralarında keçirdiyi oyunların nəticəsi əsas götürülür. Dəyişikliyə əsasən, bu halda da hər iki tərəf bərabər hüquqa malik olsa, o zaman komandaların hesabındakı sarı vərərəqələrin sayı hesablanır və daha az vərəqəyə sahib olan komandaya üstünlük verilir.

2) Bundan sonra hər bir millinin forma komplektində adsız və nömrəsiz qapıçı geyim dəsti olmalıdır. FİFA bu addımı qapıçının zədələnməsi və ya meydandan qovulması zamanı komandada əvəzetmə limitinin dolması ilə əlaqələndirib. Belədə, çərçivəni qoruyacaq sahə oyunçularından biri məhz bu adsız və nömrəsiz formanı geyinəcək.

3) Yeni reqlamentə əsasən, artıq dünya çempionatının finalında federasiya prezidentinin mükafatı təqdim etməsi məcburi deyil. Bunu qurumda vitse-prezident və ya başqa yüksək vəzifəli nümayəndə də edə bilər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR