Namaz qıldıqlarına görə işdən çıxarılanlarla bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT

Namaz qıldıqlarına görə işdən çıxarılanlarla bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT
20:47 5 Yanvar 2015
243 Sosial
Ölkə mətbuatı
A- A+

Baş Prokurorluq namaz qıldıqlarına görə işdən çıxarılanlarla bağlı yayılan məlumatlara münasibət bildirib

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Zaqatala rayon Prokurorluğunun Dəftərxana müdiri Seyfulla Qurbanov və onun oğlu, Balakən rayon Prokurorluğunun Dəftərxana müdiri Sərxan Qurbanovun namaz qıldıqlarına görə işdən azad olunması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlər əsassızdır.
 
 
Belə ki, S. Qurbanov əmək intizamını dəfələrlə kobud şəkildə pozduğuna görə, oğlu S.Qurbanov isə öz ərizəsi ilə rayon prokurorlarının imzaladıqları əmrlərə əsasən vəzifələrindən azad ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR