İntihar etmək istəyirdi, məşhur müğənni xilas etdi - FOTO

İntihar etmək istəyirdi, məşhur müğənni xilas etdi - FOTO
16:48 3 Noyabr 2016
112 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün müğənni Yavuz Bingöl “15 iyul Şəhidlər Körpüsü”ndə intihara cəhdin şahidi olub.

İfaçı çəkilişə gedərkən gəncin özünü körpüdən atmaq istədiyini görüb. Bingöl maşından düşərək həmin şəxslə 10 dəqiqə söhbət edib.

Müğənni gənci intihar etmək fikrindən döndərə bilib.

İfaçı məsələ ilə bağlı açıqlama yayıb.

“Çox şey etmədim, intihar etmək istəyən gənci görərək maşından düşdüm. Pərəstişkarım olduğunu söylədi. Məni görüb sakitləşdi. Çəkilişlərə gecikdim, amma bir gənci xilas etdim. O, depressiyada olduğunu söylədi. Başqa bir məlumatım yoxdur”- deyə Bingöl qeyd edib. (qafqazinfo)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/174631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR