Ələkbərov Putinin təklifini qəbul etmədi - Şirkəti 30 milyard itirdi

Ələkbərov Putinin təklifini qəbul etmədi - Şirkəti 30 milyard itirdi
16:52 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Lukoyl"un prezidenti Vahid Ələkbərov dövlət başçısı Putinlə "Rosneft"lə bağlı apardığı danışıqlardan sonra 30 milyard rubl itirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin danışıqlar zamanı prezident Putinin Ələkbərovdan "Lukoyl" şirkətinin "Rosneft" səhmlərinin alınmasında iştirak etməsini təklif etdiyi bildirilir. Bununla yanaşı, iş adamı dəfələrlə bəyan edib ki, onun şirkəti "Rosneft"in özəlləşdirilməsində iştirak etməyəcək.

Qeyd edək ki, Ələkbərov 22,7 faiz payla "Lukoyl"un əsas səhmdarıdır. Şirkətin qiymətli kağızları noyabrın 2-si 3,9 faiz, növbəti gün isə Moskva birjalarında daha 1 faiz ucuzlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR