"Düşmən layiq olduğu cavabı alacaq" - General Aydəmirov

"Düşmən layiq olduğu cavabı alacaq" - General Aydəmirov
17:22 3 Noyabr 2016
406 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni işğalçılarının son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməsi onlar üçün böyük fəlakətə səbəb ola bilər.

Milli.Az bildirir ki, bunu azvision.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. General hesab edir ki, düşmən tərəfi qəsdən vəziyyəti gərginləşdirməyə çalışır.

"Ermənilər cəbhədə gərgin vəziyyət yaradırlar. Onlar bunu bilərəkdən edirlər. Hesab edirəm ki, ordumuz onları növbəti dəfə susduracaq, düşmən layiq olduğu cavabı alacaq".

Y.Aydəmirov bildirib ki, aprel döyüşləri Ermənistana dərs olmalı idi. Ehtiyatda olan general Ermənistanda keçirilən təlimlərin yeni müdafiə nazirinin vəzifəyə gəlməsi ilə əlaqədar olduğunu deyib.

"Yeni nazir bununla özünü xalqa göstərmək istəyir. Bundan əlavə Ermənistanda xalqın narazılığının qarşısını almaq üçün təlimlər keçirirlər. Xalqa "cəbhədə vəziyyət gərgindir, siz də bir tərəfdən gərginlik yaratmayın" demək istəyirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR