"6 yaşımdan maşın sürürəm" - Zülfiyyə

"6 yaşımdan maşın sürürəm" -  Zülfiyyə
17:46 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“6 yaşımdan maşın sürürəm. Boyum sükanın arxasından yolu görməyə güclə çatırdı”.

Axşam.az-ın məlumatına görə, bu sözləri Aşıq Zülfiyyə deyib.

İfaçı “Evdəkilərə salam” verilişində həyat yoldaşının ona qadağa qoymadığını bildirib:

“Uşaqlıqda maşın sürmək üçün nə desələr edirim. O qədər həvəsim varıydı ki… Uşaqlıqdan deyirdim ki, bir arzum var, maşınım olsun. Arzum ailə qurandan sonra gerçəkləşdi. İndi evdə hərənin bir maşını var. Həyat yoldaşım buna pis baxmır. Hərdən o işdə, oğlum Babək başqa yerdə olur. Məni çağırırlar, harasa gedirəm. Yoldaşım bilir ki, mənə maşın mütləqdir. Ümumiyyətlə, o mənə qadağal qoymur. Əksinə dəstək olur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR