RƏMZİ KOMANDA: Xavi - İnyesta yoxdu, əvəzində Özil - Gündoğan var

RƏMZİ KOMANDA: Xavi - İnyesta yoxdu, əvəzində Özil - Gündoğan var
17:48 3 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun simvolik komandasını müəyyənləşdirib.

Publika.az xəbər verir ki, heyət dünən və srağagün keçirilən matçlara əsasən formalaşdırılıb. Qitə futbol qurumu təxmini “11-lik” seçərkən 5-2-3 taktiki sxemindən yararlanıb. Maraqlıdı ki, yalnız “Sevilya” heyətdə 2 futbolçu ilə təmsil olunub. Yarımmüdafiə xətti isə Almaniya millisinin Türkiyə əsilli oyunçularından təşkil edilib.

Qapıçı: Ederson (“Benfika”)

Müdafiəçilər: Conatan Kafu (“Ludoqorets”), Tomas Menye (PSJ), Mariano Ferreyra, Serxio Eskudero (hər ikisi “Sevilya”), Aleks Telleş (“Porto”);

Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Mançester Siti”), Məsut Özil (“Arsenal”);

Hücumçular: Radamel Falkao (“Monako”), Antuan Qrizman (“Atletiko”), Robert Levandovski (“Bavariya”).


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR