Prezident İlham Əliyev 1.6 milyon manat pul ayırdı

Prezident İlham Əliyev 1.6 milyon manat pul ayırdı
18:17 3 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, dövlət başçısı qırx dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon (bir milyon altı yüz min) manat ayrılmalı, Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/486045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR