Türkiyənin hərbi attaşesi Azərbaycanda səfərbərlik qaydaları ilə maraqlanıb - FOTO

Türkiyənin hərbi attaşesi Azərbaycanda səfərbərlik qaydaları ilə maraqlanıb - FOTO
18:32 3 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Milli.Az-a verilən məlumata görə, Xidmətin rəisi general-leytenant Arzu Rəhimov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Zafer Ocak ilə görüşüb.

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlığın əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.

Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən Xidmət rəisi ona iki ölkənin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikasında hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən Zafer Ocak ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafı üçün çalışacağını vurğulayıb.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR