"Çətin olsa da, dünyanın sonu deyil"

"Çətin olsa da, dünyanın sonu deyil"
18:37 3 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un müdafiəçisi Patris Evra Çempionlar Liqasında "Lion"la 1:1 başa çatan oyundan sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçu bunları qeyd edib:

"Oyunun son 20 dəqiqəsində "Yuventus"a xarakter çatmadı. Həqiqətən, özümüzə inamı itirdik. Yorğunluq və digər sözlər, sadəcə, bəhanədir. Düzgün danışmaq lazımdır. "Yuventus" imkanlarına güvənən komandadır. Amma həmin periodda müdafiəyə çəkildik. Qalib gəlib pley-offa yaxınlaşmalı idik. İndi "Sevilya"nı məğlub etmək lazımdır. Çətin olsa da, dünyanın sonu deyil".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR