“Çelsi” klubunun müdafiəçisi Con Terriyə Uzaq Şərqdən təklif var. Fanat.Az xəbər verir ki, “zadəganlar”la sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq 35 yaşlı müdafiəçiyə Çinin "Quançjou Everqrand" klubu “elçi düşüb”.
Sözügedən klub Terriyə illik 8 milyon funt-sterlinq məvacib təklif edib.
Qeyd edək ki, Terri bu mövsüm Premyer Liqada cəmi 4 matçda meydana çıxıb.
Fanat.Az