Gələn il bu xəstəliklərdən milyonlarla uşaq öləcək

Gələn il bu xəstəliklərdən milyonlarla uşaq öləcək
19:27 3 Noyabr 2016
125 Dünya
Ölkə mətbuatı
A- A+

2017-ci ildə dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək.

Milli.Az  xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Gigiyena üzrə Ümumdünya Şurasının (The Global Hygiene Council) hesabatında deyilir.

Ekspertlər belə nəticəyə gəliblər ki, hər il bir milyon uşaq pnevmoniyadan, 700 min uşaq isə diareyadan ölür.

Qeyd olunur ki, dünyada ailələrin yarısından çoxu gigiyena qaydalarına əməl etmir. Həmin qaydalara əsasən, soyuqdəymə və qrip virusunun yayıldığı mövsümlərdə evləri dezinfeksiya etmək düzgün deyil. Digər tərəfdən fərdi evlərin 31 faiz hallarda bağırsaq infeksiyaların mənbəyi qismində çıxış etdiyi vurğulanır.   

Mütəxəssislər hesab edir ki, uşaqlar arasında infeksion xəstəliklərdən ölüm hallarının əsas səbəbi gigiyena qaydalarına əməl olunmamasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR