Kerrolla silahlı basqın

Kerrolla silahlı basqın
19:57 3 Noyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+


Londonun “Vest Hem” klubunun hücumçusu Endi Kerroll silahlı basqın məruz qalıb. Fanat.Az “Daily Mail”a istinadən xəbər verir ki, hadisə futbolçu məşqdən evə gedərkən olub.


Belə ki, İngiltərə millisinin üzvü avtomobilinə əyləşərək yola çıxıb. Bu zaman motosikletdə olan silahlı şəxslər qarət məqsədi ilə futbolçuya yaxınlaşıblar. Özünü itirməyən Kerroll, avtomobili klubun bazasına sürüb və mühafizəçinin yanına qaçar polis çağırmasını söyləyib.


Polis gələnə qədər cinayətkarlar ərazidən uzaqlaşıblar. 


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kerrolla-silahl-basqn-t53878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR