Nazirlik vətəndaşlara müraciət etdi: Tapdığınız sənədləri poçt şöbəsinə təqdim edin

Nazirlik vətəndaşlara müraciət etdi: Tapdığınız sənədləri poçt şöbəsinə təqdim edin
19:58 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC yeni sosial layihəyə başlayır.

Nazirlikdən verilən məlumata görə, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır.

Belə ki, vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə ən yaxındakı poçtdan bu barədə məlumat və əgər tapılıbsa, sənədini ala biləcək.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR