Vaşinqtonun “qan gölü” mesajı, Qarabağda müharibə SSENARİLƏRİ... –GÜNÜN SİYASİ XÜLASƏSİ

Vaşinqtonun “qan gölü” mesajı, Qarabağda müharibə SSENARİLƏRİ... –GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 3 Noyabr 2016
298 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi son vaxtlar daha çox erməni politoloqların irəli sürdüyü müharibə ssenariləri ilə gündəmə gəlir. İraq ordusu Mosul əməliyyatının 19-cu günündə şəhərə daxil olub. İŞİD lideri döyüşçülərindən Türkiyəni “qan gölünə” çevirməyi istəyib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Mikael Rubin isə Vaşinqtonun mesajını Vaşinqtona çatdırıb.

Qarabağın qaytarılması üçün hücum strategiyası hazırdır - PLAN

Erməni politoloqları aprel müharibəsində Ermənistanın uğradığı məğlubiyyəti və yeni təhlükəni xüsusi vurğulayırlar. Erməni politoloq Levon Şirinyan deyir ki, Rusiya Qarabağ kartını oynamaqda davam edir.

“Moskva Ermənistanın daxilində baş verən hadisələrdən narahatdır. Çünki baş verənlər Rusiyanın Ermənistanı tamamilə itirməsi ilə nəticələnə bilər. Ehtimal ki, Kreml yeni ssenari hazırlayıb və bu ssenaridə Ermənistanda bəzi dəyişikliklər etməkdir. Qarabağ kartı bu prosesdə mühümdür. Xüsusilə münaqişənin Rusiya planına uyğun, yəni ərazilərin qaytarılması ilə həlli əsas götürülür. Bunun reallaşması üçün lazım olsa müharibə də başlaya bilər”, - o, bildirib.

Erməni analitik İqor Muradyan yenidən Türkiyənin Qarabağ müharibəsinə müdaxiləsindən danışıb.

Qarabağın qaytarılması üçün hücum strategiyası hazırdır - PLAN

Cəbhədə baş verən gərginlik fonunda Dağlıq Qarabağda müharibə ssenariləri gündəmə gəlir.

Mosul əməliyyatı

Bu gün çoxdan gözlənilən hadisə baş verib. İraq ordusu Mosula girib. İraq Müdafiə Nazirliyindən verilən məlumata görə, İraq ordusunun 9-cu zirehli briqadası Mosula daxil olub.

“Türkiyəni işğal edin, qan çay kimi axsın!” – ŞOK ƏMR

Hazırda Mosulda olduğu iddia edilən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə aid səs qeydi dərc olunub. 31 dəqiqəlik səs qeydində Mosul əməliyyatının müvəffəqiyyətsiz olacağından əminlik ifadə olunub və təşkilatın üzvlərinə “Türkiyəni işğal edin!” çağırışı edilir.

“Artıq nifrətinizin atəşini türk əsgərlərinə boşalda bilərsiniz. Türkiyə artıq cihadınızın hədəflərindən birinə çevrilib. Türkiyənin işğal edin və etibarlı hesab etdiyiniz qorxu salın. Gecəni gündüzə çevirin, torpaqlarında dağıntılar törədin, qanın çay kimi axmasını təmin edin!”, - İŞİD lideri deyib.

Səs qeydində təşkilatın “sui-qəsd qrupları”na da çağırış var. O, təşkilatın üzvlərindən “kafir” adlandırdığı Səudiyyə Ərəbistanına hücum etməyi istəyib.

Qeyd edək ki, Bağdadiyə aid olduğu iddia edilən son audioyazı 2015-ci ilin dekabrında yayılıb. Həmin səs qeydində Rusiya və Qərb koalisiyasının İŞİD-i zəiflədə bilməyəcəyi bildirilmişdi. Son məlumatlara görə, İŞİD lideri hazırda İraqın Mosul şəhərindədir.

Bir terror təşkilatının rəhbəri olmasa da, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Mikael Rubinin Türkiyə barəsində dedikləri də İŞİD liderinin fikirlərindən fərqlənmir.

Rubin “American Enterprise Institute” təşkilatının saytında yayımlanan məqaləsində Türkiyənin qan gölünə çevriləcəyini yazıb. “Türkiyə mütləq qan gölünə çevriləcək. Maraqlı olan bunun nə vaxt baş verəcəyidir”, - deyə o bildirib.

Rubin iddia edir ki, Türkiyədə konstitusiya dəyişikliyi məsələsi ciddi problemlər yaradacaq. “Doğu Perinçek (Vətən Partiyasının sədri. “Dərin dövlət”in adamı olaraq tanınır-red.) Ərdoğana qarşı çıxacaq. Bu gün Perinçek müdafiə naziri səviyyəsində gücə malikdir. Qarşıdurma yaşanacaq”, - deyə Pentaqon nümayəndəsi iddia edib.

İstanbulun küçələrində qan su yerinə axacaq – PENTAQONUN SSENARİSİ

Pentaqonun nümayəndəsi Mikael Rubin Türkiyəni dəhşətli günlərin gözlədiyini açıqlayıb.

Hazırda Türkiyə-ABŞ münasibətləri istənilən səviyyədə deyil. Ankara və Vaşinqton arasında narazılıq yaradan məsələlərdən biri ABŞ-ın FETÖ lideri Fəthullah Güləni Türkiyəyə qaytarmaqdan imtina etməsidir. Digər məsələ isə ABŞ-ın Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD ilə yaxınlıq etməsidir.

ABŞ və Türkiyə Suriyanın Rakka şəhərinin İŞİD-dən azad edilməsi üçün keçiriləcək əməliyyatda kimlərin iştirak edəcəyinə dair razılaşa bilməyiblər.

ABŞ-ın nüfuzlu nəşrlərindən olan “Vaşinqton Post” qəzeti ABŞ prezident Barak Obamanın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla etdiyi son telefon söhbətinin detallarını dərc edib. Nəşrin iddiasına görə, Obama Suriyadakı YPG (PKK terror təşkilatının Suriya olan olan PYD-nin hərbi qanadı – red.) güclərinin Rakka əməliyyatına qatılmasına qərar verildiyini söyləyib.

“Vaşinqton Post” bildirir ki, Ankaraya ya Türkiyənin koalisiya güclərinin dəstəklədiyi əməliyyata qatılmalı olduğu, ya da əməliyyatdan kənarda qalacağı mesajı verilib.

Obama Ərdoğanı seçim qarşısında qoydu - İDDİA

ABŞ-ın nüfuzlu nəşrlərindən olan “Vaşinqton Post” qəzeti ABŞ prezident Barak Obamanın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla etdiyi son telefon söhbətinin detallarını dərc edib.

Terrorçulara münasibətdə fikir ayrılığı yalnız Ankara və Vaşinqton arasında deyil. “Yeni Şafak” qəzetinin yazdığına görə, İran də Türkiyədə onilliklə qan tökən PKK-ya isti yanaşır.

Nəşr qeyd edib ki, Qəndildə yerləşən PKK düşərgələrinin bir qismi İran ərazisinə köçürülüb. Qəzetin məlumatına görə, Tehran buna terror təşkilatının Suriyada Əsədə, İraqda İbadiyə dəstək verməsi üçün razılaşıb: “PKK Qəndil dağının İran hissəsində üç düşərgə inşa edib. Terror təşkilatının rəhbər kadrları da 8 aydır Qəndilin İran tərəfinə keçiblər. Buna səbəb Türkiyə təyyarələrinin Qəndilin İraq hissəsindəki düşərgələri bombalamasıdır”.

Nəşr qeyd edib ki, İran sərhədləri daxilində qurulan düşərgələrdə helikopter dayanacağından tutmuş, elektrik stansiyasına qədər hər şey var.

“ABŞ və Avropadan gələn şəxslər PKK ilə görüşmək üçün İran və Ərbil marşrutundan istifadə edirlər. PKK-nın İranda qurduğu yeni düşərgələrdə 7 min terrorçunun olduğu deyilir”, - deyə məlumatda bildirilir.

“Qərb sülhü terrorçulara dəstək üçün istəyir”. Bunu Serbiyanın “Politika” qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib.

Onun sözlərinə görə, Qərb atəşkəsdən terrorçulara yardım üçün istifadə edir: “Onlar bunun sayəsində terrorçulara silah və pul yardımı edirlər. Bütün hər şey onların yenidən güclü olması üçün nəzərdə tutulub. ABŞ və müttəfiqləri terrorçulardan Suriya arenasında oynamaq üçün yararlanırlar”.

Almaniya isə Bəşər Əsədlə bağlı mövqeyini dəyişməyib. Almaniya kansleri Angela Merkel Suriya hakimiyyətinin insanlığa qarşı cinayət törətdiyini söyləyib.

Onun sözlərinə görə, Suriya hakimiyyətinin dinc əhaliyə qarşı yandırıcı bombalar və kimyəvi silahlardan istifadə etməsini bağışlamaq olmaz: “Dinc əhali aclıq çəkir, tibb müəssisələrinə hücum olur, həkimlər öldürülür, xəstəxanalar dağıdılır. Bu, insanlığa qarşı ciddi cinayətdir. Biz özümüzü görməməzliyə vura bilmərik”.

Suriyanın müttəfiqi olan Rusiya isə Hələb əməliyyatına başlayır. Türkiyəli yazar Mehmet Acet “İkinci Qroznı” əməliyyatını bildirib.

“İkinci Qroznı” əməliyyatı başlayır: Son 24 saat

Rusiya Hələb üçün “İkinci Qroznı Planı” hazırlayır.

“ABŞ başqa ölkələrin işlərinə müdaxilə etməlidir” – ÇAĞIRIŞ

NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin məsləhətçisi Anders Foq Rasmussen “Sky News”a müsahibəsində ABŞ-ı dünya münaqişələrinə daha aktiv müdaxilə etməyə çağırıb.

O, ABŞ prezidenti Barak Obamanı qərarsızlıqda ittiham edib. Rasmussenin sözlərinə görə, Vaşinton hərbi gücü çox həvəssiz tətbiq edir.

“Amerika dünya jandarmı kimi bizə lazımdır. Bizə Amerikanın aydın məqsədi olan qlobal liderliyi lazımdır. ABŞ dünya jandarmı kimi beynəlxalq hüququ və nizamı bərpa etməlidir”, - o, bildirib.

NATO-nun keçmiş baş katibi güman edir ki, başqa ölkələrin işlərinə müdaxilə yoluna qayıtmaqdan başqa yol yoxdur.

“Super dövlətlər təqaüdə çıxmırlar. Dünya atəş içindədir. Müharibə Suriyanı parçalayır. İraq iflas həddindədir. Liviya Şimali Afrikada bacarıqsız dövlətdir”, — o, vurğulayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR