Bərdədə zəhərlənən 5 yaşlı uşağın anası da xəstəxanaya yerləşdirildi

Bərdədə zəhərlənən 5 yaşlı uşağın anası da xəstəxanaya yerləşdirildi
20:17 3 Noyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 1-də Bərdənin Xanərəb kəndində pomidor turşusundan zəhərlənənlərdən daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib.

Baş həkim bildirib ki, bu gün səhər saatlarında həmin hadisə ilə bağlı daha bir nəfər xəstəxananın qəbul şöbəsinə müraciət edib: "Müraciət edən şəxs 1991-ci il təvəllüdlü Məmmədova Cəmalə Zaman qızıdır. O, həmin gün pomidor turşusu yediyini və hazırda özünü pis hiss etdiyini bildirib. C.Məmmədova xəstəxanaya yerləşdirilib və müalicə olunur.

Xatırladaq ki, C.Məmmədova hadisə nəticəsində zəhərlənərək xəstəxanaya yerləşdirilən və səhhəti ağır olan 5 yaşlı Cahid Məmmədovun anasıdır.

Qeyd edək ki, noyabrın 1-də axşam saatlarında Bərdə raynunun Xanərəb kəndində pomidor turşusundan zəhərlənən 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədov ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

C.Məmmədovun vəziyyəti kritik olduğundan o, süni nəfəs aparatına qoşulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR