Azərbaycan Radiosunun 90 və Televiziyasının 60 illiyinə həsr olunan yubiley mərasimi keçirilir - FOTO

Azərbaycan Radiosunun 90 və Televiziyasının 60 illiyinə həsr olunan yubiley mərasimi keçirilir - FOTO
20:57 3 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak edirlər.

Tədbirdə əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında "Radio marşı" səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təntənəli mərasimdə çıxış edib.

Daha sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin ifasında "Koroğlu" operasından uvertüra səsləndirilib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR