Bakıda Bülbülcan anılacaq

Bakıda Bülbülcan anılacaq
21:17 3 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı il noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Milli.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) doğumundan 175 il ötür (1841-1927). O, ilk musiqi təhsilini "Qafqazın Konservatoriyası" adlandırılan Şuşada Xarrat Qulunun məktəbində alıb.

Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında məşhurluq qazanıb.

Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/469134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR