Ərə gedən məktəb direktoru danışdı

Ərə gedən məktəb direktoru danışdı
21:18 3 Noyabr 2016
255 Ölkə
Ölkə mətbuatı
A- A+

"Haqqımda yayılan məlumatlar həqiqətə uyğun deyil. Düzdür, qaynatamgil Mingəçevirdə yaşayır, orada da evim var. Amma orada qalmıram".

Bunu Publika.az-a Ağdam 93 saylı köçkün orta məktəbin direktoru Aliyə Əhmədova "Direktor ərə gedib, vəzifəsini atası icra edir” başlıqlı yazıya münasibət bildirərkən deyib.

O bildirib ki, haqqında bu məlumatı yayanlar onun fəaliyyətini gözü götürməyənlərdir:

“Bu həqiqətəuyğun olmayan məlumatı kim yayıb deyə bilmərəm. Mən yeni ailə qurmamışam, balaca oğlum ikinci sinifdə oxuyur. Mingəçevirdə yaşasam belə məktəbə gedib-gəlməyim çətin olmaz. Amma orada qalmıram. 1994-cü ildən bu kənddə yaşayırıq. Valideynlərim də, qardaş, bacım da müəllimdir. Düşünürəm ki, üzdə olan adamı istəməyən çox olur. Bu yaxınlarda torpaq sahəsi götürdüyümüzə görə, yerli cammatla narazılığımız oldu. Gözü götürməyənlər bu məlumatlar yayırlar”.

A.Əhmədova bildirib ki, 93 saylı məktəb 1994-cü ildən Təzəkənd ərazisində yerləşir. “Məktəbin ilk direktoru atam Allahverdi Qənbərov olub. Amma sonradan onun icra nümayəndəsi keçməyi məsləhət görülüb və məktəb işindən uzaqlaşıb. Sonra qardaşım məktəbə rəhbərlik edib.Daha sonra o da başqa işdə çalışmağa başlayıb.Hazırda məktəbin direktoru mənəm. Hər gün işimin başındayam. Atamın məktəblə heç bir əlaqəsi yoxdur.

Təzəkənd bələdiyyə sədri Mahir Əhmədov da hazırda A.Əhmədovanın məktəbə rəhbərlik etdiyi deyib. “O kəndin yaxınlığında qalır, amma Mingəçevirdə yaşaması barədə heç bir məlumatım yoxdur. Ən azı yaxın günlərə qədər onun bizim rayonda yaşadığını bilirəm”.

Qeyd edək ki, azxeber.com saytında yazılmış məlumata görə, Ağdam 93 saylı köçkün orta məktəbin direktoru Aliyə Əhmədovanın ailə həyatı qurub Mingəçevir şəhərinə köçüb. Hazırda onun əvəzinə məktəbi atası Allahverdi Qənbərovun idarə edir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/174657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR