O dəftərdə mənim adım vardırmı?

O dəftərdə mənim adım vardırmı?
22:47 3 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Şeyx Cəlil Muhəmməd ibni Həsən Qumi "Bəsairi dərəcat" kitabında yazır: "Həzrət Müctəba (ə) Müaviyyə (lən) ilə müqavilə bağladıqdan sonra Mədinəyə tərəf hərəkət edir. Həzifə ibni Əsid Ğəffari nəql edir ki, mən də onunla birlikdə idi. Həzifə ibni Əsid Peyğəmbərin (s) səhabələrindən idi ki, Əhli-Beytə (ə) bağlı olan sadiq insanlardan sayılırdı.

O, nəql edir: "Yolda müşahidə etdim ki, Həzrətin (ə) qarşısında bir dəvə gedir ki, üstündə yükü vardır. İmam (ə) həmin dəvədən ayrılmırdı. Mənim dəvənin üstündə olan yükdən xəbərim yox idi. Ancaq görürdüm ki, dəvə hara gedirsə, İmam (ə) da onun ardınca gedirdi. İmama (ə) dedim: "Atam-anam sənə fəda olsun! Məgər bu dəvənin yükü nədir ki, gözünüzü ondan çəkmirsiniz?".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, buyurdu: "Yükü divan və dəftərdir". Soruşdum: "Hansı divan və dəftər?". Buyurdu: "O divan və dəftər ki, bizim davamçılarımızın adı orada qeyd olunmuşdur".
Həzrətə (ə) dedim: "Ey Allah Rəsulunun (s) oğlu! Mən istəyirəm öz adımı bu divanda görüm".
Həzrət (ə) buyurdu: "Sabah gəl, sənə göstərim".
Səhər olan kimi qardaşım oğlu ilə birlikdə Həzrətin (ə) xidmətinə gəldim. Buyurdu: "Hacətin nədir?".
Dedim:" Mənə dünən verdiyiniz sözə görə".
Buyurdu: "Bu cavan kimdir?".
Dedim: "Qardaşım oğludur. O, savadlıdır, mən savadsız. Onu özümlə gətirmişəm ki, orada olan adımı mənim üçün oxusun".
İmam (ə) göstəriş verdi ki, həmin divanı və dəftəri gətirsinlər. Gətirən kimi qardaşım oğlu onu oxumağa başladı. Oxuyan zaman anidən dedi: "Ey əmi! Bu, mənim adımdır ki, bu divandan qeyd olunmuşdur və nur verir".
Mən dedim: "Bax gör, mənim adım bu dəftərdə haradadır?". Qardaşım oğlu mənim adımı da tapdı. Hər ikimiz də şad olduq. Çünki adım Əlhi-Beyt (ə) davamçısı kimi bu mələkut dəftərində qeyd edilmişdi".
Qanlı Aşura hadisəsində Həzifənin qardaşı oğlu İmam Hüseynin (ə) ən yaxın səhabələrindən oldu və sadiqcəsinə bu hərəkatda iştirak edib, şəhid oldu. Ona görə də onun adı belə nur saçırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR