Rusiyalı deputatın köməkçisi Suriyada həlak olub

Rusiyalı deputatın köməkçisi Suriyada həlak olub
22:52 3 Noyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal-Demokrat Partiyasının funksioneri Mixail Deqtyarovun köməkçisi Sergey Morozov martda Suriyada həlak olub.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Suriyadakı Palmira şəhərinin yaxınlığındakı döyüşdə yaralanan S.Morozov xəstəxanaya aparılarkən yolda keçinib.

"Sergey vətəni Kubana qayıtmışdı. Kazak idi. Hərbçi deyildi, xırda sahibkarlıqla məşğuldu. Onunla son vaxtlar əlaqəm yoxdu. Bilirdim ki, könüllü olaraq Donbasa yollanıb, orada vuruşub", - M.Deqtyarov deyib.

S.Morozovun Suriyada "Vaqnerin dəstəsi" kimi tanınan özəl hərbi dəstənin tərkibində vuruşduğu aşkarlanıb.

"Vaqner" kimi tanınan şəxsi Dmitri Utkindir. Utkinin dəstəsi Krasnodar diyarındakı Molkino poliqonunda təlim keçəndən sonra Suriyaya yollanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR