AZTV-nin 60 yaşı oldu - fotolar

AZTV-nin 60 yaşı oldu - fotolar
22:56 3 Noyabr 2016
82 Şou
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbir xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” ilə başlayıb. Daha sonra isə ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.

 Dövlət xadimləri, deputatlar, media nümayəndələri, ictimaiyyətin təmsilçilərinin iştirak etdiyi mərasimdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək, cəmiyyətin informasiya tələbatının ödənilməsi, xalqın maarifləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlərdə teleradionun rolundan söz açıb.

Daha sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin ifasında “Koroğlu” operasından uvertüra səsləndirilib.Tədbirdə həmçinin Azərbaycan radiosunun fəaliyyətindən bəhs edən  videoçarx nümayiş etdirilib və  televiziya kanallarının nümayəndələri öz təbriklərini çatdırıblar.

Musiqili hissədə isə korifey sənətkarlarının ifalarından, həmçinin məşhur tamaşalardan parçalar nümayiş etdirilib. Bununla yanaşı, tanınmış sənətçilər öz ifalarını səsləndiriblər.





























Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR