PAOK - "Qarabağ" oyunu öncəsi yunan təxribatı

PAOK - "Qarabağ" oyunu öncəsi yunan təxribatı
23:52 3 Noyabr 2016
178 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə dəqiqədən sonra Yunanıstanın Saloniki şəhərinin"Tumba" stadionunda start götürəcək Avropa Liqasının IV turunun PAOK - "Qarabağ" oyununda yerli azarkeşlər təxribata əl atıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.
Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.
İki klubun razılığına əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil olmamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR